SON XƏBƏRLƏR

İran kəşfiyyatı ilə əlaqədə olan israilliyə ağır cəza

2026.09.16, 21:31
İran kəşfiyyatı ilə əlaqədə olan israilliyə ağır cəza

İsrailin Petah-Tikva şəhərində yaşayan 29 yaşlı Aleksandr Qranovski İran kəşfiyyatı ilə əməkdaşlıq ittihamı ilə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Gunaz.tv

Mərkəzi dairə məhkəməsi Qranovskini İran kəşfiyyatı ilə əlaqəli şəxslə əməkdaşlıq etməkdə, doqquz avtomobili yandırmaqda və həssas məkanların görüntülərini ötürməkdə təqsirli bilib.

İttihama görə, o, “Telegram” vasitəsilə İran kəşfiyyatı ilə əlaqəli şəxslə əlaqə saxlayıb, onun göstərişi ilə doqquz avtomobili yandırıb və Benny Gantzın yaşadığı ərazi, eləcə də Təl-Əvivdəki Reading elektrik stansiyasının görüntülərini çəkib.

Qranovski məhkəmədə ittihamları qəbul edib və fəaliyyətinin əsas motivinin maddi qazanc olduğunu bildirib.

İsrail prokurorluğu bu hökmü İran agentləri tərəfindən cəlb edilən şəxslərlə bağlı işlər arasında indiyədək verilmiş ən ağır cəza kimi qiymətləndirib.

 

Gunaz TV 
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar