SON XƏBƏRLƏR

Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb

2026.09.17, 14:29
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb

Güney Azərbaycanlı Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi həbsdə olduğu müddətdə gizli şəkildə çölə çıxarılan qeydlər əsasında hazırlanan “A Woman Never Stops Fighting” (Mübarizəni Heç vaxt Dayandırmayan Qadın) adlı xatirələr kitabında İran həbsxanalarında məruz qaldığını bildirdiyi işgəncələrdən bəhs edib.

Gunaz.tv

Məhəmmədi CNN-ə açıqlamasında deyib:

“Bunları sənədləşdirmək üçün onların istifadə etdiyi üsullardan açıq danışmaq, işgəncələri ifşa etmək və üzə çıxarmaq lazımdır.”

Onun sözlərinə görə, İran hakimiyyəti məhbusları psixoloji, emosional və fiziki baxımdan sındırmaq üçün təkadamlıq kameradan istifadə edir.

Məhəmmədi həmçinin bildirib ki, tibbi yardımın göstərilməməsi bəzi hallarda məhbusların ölümü ilə nəticələnə bilər və o bunu “edamın bir forması” kimi qiymətləndirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar