SON XƏBƏRLƏR

İran polisinin yeniyetməyə qarşı zorakılığı və cinsi təcavüzü görüntüləndi (Video)

2026.09.17, 18:28
İran polisinin yeniyetməyə qarşı zorakılığı və cinsi təcavüzü görüntüləndi (Video)

Gunaz.tv

İran İslam Respublikası polis əməkdaşlarının küçədə, insanların gözü qarşısında bir yeniyetməyə qarşı cinsi təcavüz etdiyi və onu döydüyü görüntülər sosial mediada yayıılıb.

Görüntülərdə polislərdən birinin baş verənləri videoya çəkdiyi, digər əməkdaşları isə uşağı döyməyə və ona qarşı cinsi zorakılığa təşviq etdiyi görünür.

Yeniyetmənin yaşının ən çox 13-14 olduğu bildirilir və bu halda o, qanunvericiliyə görə uşaq hesab olunur.

Videonun harada çəkildiyi dəqiq məlum deyil. Lakin görüntülərdə polis əməkdaşlarının və ətrafdakı şəxslərin Azərbaycan Türkcəsi danışdığı eşidilir.

Bildirilir ki, yeniyetmə “narahatlıq yaratmaq” ittihamı ilə saxlanılıb. Tənqidçilər isə vurğulayırlar ki, belə bir halda belə polis əməkdaşları qanun çərçivəsində davranmağa borcludurlar.

Görüntülərin yayılması sosial şəbəkələrdə geniş qəzəb doğurub. İstifadəçilər polis əməkdaşlarının insanların gözü qarşısında yeniyetməyə qarşı belə zorakılıq törətməsinin ölkənin saxlanma məntəqələrində baş verənlərlə bağlı ciddi suallar yaratdığını bildiriblər.


Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar