SON XƏBƏRLƏR

Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia

2026.09.19, 19:29
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia

Gunaz.tv

China Newsweek: Cəlilinin komandası Trampa danışıqları dayandırmaq üçün bəhanə verdi.

Çinin «China Newsweek» nəşri iddia edib ki, Səid Cəliliyə yaxın siyasi cərəyanın İranın danışıqlar heyətinə qarşı çıxışları Donald Trampa İslamabaddakı ikinci danışıqlar raundunun dayandırılması üçün siyasi bəhanə verib.

Nəşr Cəlilini uzun müddətdir ABŞ-la danışıqlara qarşı çıxan siyasətçilərdən biri kimi təqdim edib və onun Ali Milli Təhlükəsizlik Şurasının üzvü olduğu dövrdə 2015-ci il nüvə sazişinə gətirib çıxaran danışıqlara da sərt şəkildə qarşı çıxdığını yazıb.

Məqaləyə görə, Cəlili komandasının İranın danışıqlar heyətinə yönəltdiyi tənqidlər, ölkə daxilindəki dərin siyasi fikir ayrılıqları ilə birlikdə, Tramp administrasiyasına danışıqların dayandırılmasını İrandakı daxili siyasi parçalanmalarla əlaqələndirmək imkanı verib.

Hesabatda Əli Xəzrian və Mahmud Nəbəviyan da Cəliliyə yaxın iki siyasi sima kimi göstərilib.

«China Newsweek» yenidən dialoq yolunun açıldığına diqqət çəkərək, bu yolun bir daha bağlanmamalı olduğunu vurğulayıb.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar