SON XƏBƏRLƏR

Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib

2026.09.24, 20:32
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib

Gunaz.tv

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 81-ci sessiyası ilə eyni vaxtda Rusiyanın Ukraynanın müxtəlif bölgələrinə raket və pilotsuz uçuş aparatları ilə hücumları davam edib.

Ukrayna rəsmiləri bildiriblər ki, cümə axşamı Kiyev paytaxtı və Xarkiv vilayətinə endirilən zərbələr nəticəsində azı səkkiz nəfər həlak olub.

Bu hücumlar Ukrayna Prezidenti Volodimir Zelenskinin BMT Baş Assambleyasındakı çıxışından bir neçə saat sonra həyata keçirilib.

Zelenski çıxışında Rusiyaya qarşı beynəlxalq təzyiqlərin artırılmasını tələb edib və Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin artıq bu ölkə ilə məhdudlaşmadığını bildirib.

Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini üç aydan az müddət sonra Mayamidə keçirilməsi planlaşdırılan G20 sammitində iştirak etmək üçün dəvət etdiyini açıqlayıb.

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar