SON XƏBƏRLƏR

İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

2026.09.25, 11:22
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Tacikistanın Baş naziri Koxir Rasulzodanı qəbul edib.

Gunaz.tv

Azərbaycanla Tacikistanın dost və qardaş ölkələr olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığın potensialının daha da inkişafı üçün yaxşı imkanların mövcudluğunu bildirdi, əlaqələrimizin genişləndirilməsində özünün Tacikistana, Tacikistan Prezidentinin isə Azərbaycana səfərlərinin, həmçinin müxtəlif səviyyələrdə digər qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunub.

Prezident İlham Əliyev Koxir Rasulzodanın Azərbaycana səfərinin gündəlikdə duran məsələlərin, o cümlədən nəqliyyat-logistika, qarşılıqlı iqtisadi fəaliyyət, ticarət dövriyyəsinin artırılması ilə bağlı müzakirələrin aparılmasına imkan yaratdığını deyib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar