SON XƏBƏRLƏR

Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında

2026.09.25, 20:33
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında

Gunaz.tv

GünAz TV-nin məlumatına görə, Səudiyyə Ərəbistanı Türkiyə və Pakistan Baş Qərargah rəislərinin Ər-Riyadın müdafiəsi üçün dəstək yollarını müzakirə etmək məqsədilə səudiyyəli yüksək səviyyəli rəsmilərlə görüşdə iştirak edəcəyini açıqlayıb.

Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin Baş Qərargah rəisi cümə günü Səudiyyə Ərəbistanına yola düşüb. Bu toplantı BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclası çərçivəsində Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra planlaşdırılıb.

Səudiyyə Ərəbistanının rəsmi “SPA” xəbər agentliyi bildirib ki, toplantı üç ölkənin yüksək səviyyəli hərbi komandirlərinin fövqəladə iclasının keçirilməsi üçün lazımi koordinasiyanın təmin edilməsi məqsədi daşıyır. Bu addım Yəməndəki husilərin Səudiyyə Ərəbistanına qarşı hücumlarının artmasından sonra atılıb.

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı ötən ay “Məkkə Birgə Müdafiə Paktı”nı imzalayıb. Pakt çərçivəsində üç ölkə müdafiə və hərbi əməkdaşlığı genişləndirmək və mümkün xarici hücumlar qarşısında bir-birini müdafiə etmək öhdəliyi götürüb.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar