SON XƏBƏRLƏR

İrana qayıdan mütəxəssislərə imtiyazlar tanınacaq- Mühacirani

2026.10.06, 12:23
İrana qayıdan mütəxəssislərə imtiyazlar tanınacaq- Mühacirani

Xaricdə yaşayan iranlı mütəxəssislərin ölkəyə qayıtması üçün onlara bir neçə xüsusi imtiyaz tanınacaq.

Gunaz.tv

Bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani deyib.

“İrana qayıdan mütəxəssislər özləri ilə istənilən avtomobili gətirə bilərlər, rüsum tətbiq edilməyəcək. Bilik əsaslı şirkətlərin yaradılması və inkişafı üçün onlara İnnovasiya və Rifah Fondundan xüsusi dəstək göstəriləcək, həmin şəxslər qısa müddətdə mənzillə təmin olunacaqlar”, - o bildirib.

Mühacirani bu qərarı Nazirlər Kabinetinin təsdiqlədiyini qeyd edib.

Qeyd edək ki, ötən il İran Prezidenti Məsud Pezeşkian xaricdə yaşayan iranlıların ölkəyə qayıtması üçün şərayit yaradılmasını istəmişdi.

"Xaricdə yaşayan bir çoxları İrana qayıtmaq isəyir, ancaq onlar qorxurlar. Bu qorxunu aradan aparmaq və onların ölkəyə qayıtmasına şərayit yaratmaq üçün işlər görülməlidir",- o bildirmişdi.

İran Prezidenti Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (Ettelaat) və başqa qurumlardan bununla bağlı işlər görməyi tələb edib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar