SON XƏBƏRLƏR

Kiyevin körpüləri dronlara qarşı torla qorunur (Video)

2026.10.06, 20:35
Kiyevin körpüləri dronlara qarşı torla qorunur (Video)

Gunaz.tv

Ukrayna Rusiyanın Kiyevə qarşı dron hücumlarının artmasından sonra paytaxtdakı körpülərdə ilk dəfə dron əleyhinə qoruyucu torlar quraşdırmağa başlayıb.

Fransa xəbər agentliyinin məlumatına görə, Kiyevin əsas körpülərindən biri olan Şimal körpüsünün hər iki tərəfində iri torlar quraşdırılıb. Körpü son günlər Rusiyanın dron hücumlarına məruz qalıb.

Bu üsul daha əvvəl Ukraynanın şərq və cənubunda cəbhə xəttinə yaxın ərazilərdə tətbiq olunurdu. Məqsəd nəqliyyat yollarını partlayıcı daşıyan kiçik dronların hücumlarından qorumaqdır.

Rusiyanın Kiyevdəki körpülərə son hücumları şəhərdə nəqliyyatın hərəkətində ciddi problemlərə səbəb olub.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar