SON XƏBƏRLƏR

Ukrayna Rusiyanın Sibirdəki ən böyük neft emalı zavodunu bombalayıb

2026.10.09, 18:30
Ukrayna Rusiyanın Sibirdəki ən böyük neft emalı zavodunu bombalayıb

Gunaz.tv

Ukrayna ordusu Rusiyanın ən böyük neft emalı zavodunu, Ukraynadan təxminən 2500 kilometr məsafədə, Sibir bölgəsinin Omsk şəhərində yerləşən müəssisəni hədəf aldığını açıqlayıb.

Ukrayna ordusu hücumu təsdiqləyib. Omsk neft emalı zavodu dövlətə məxsus “Qazprom Neft” şirkətinin idarəçiliyi altındadır. Bu müəssisə daha əvvəl də iyul ayında hücuma məruz qalmış və fəaliyyəti bir müddət dayandırılmışdı.

Eyni zamanda, Rusiyanın Ukraynanın Zaporojye şəhərinə endirdiyi hava zərbələri nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Bundan başqa, yayılan məlumata görə, Rusiyanın cümə axşamı Donetsk bölgəsinin Kramatorsk şəhərində mülki şəxsləri daşıyan iki avtobusa hücumu nəticəsində azı 33 nəfər həlak olub.

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, enerji infrastrukturu və yaşayış məntəqələri hərbi hücumların hədəfində qalır.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar