SON XƏBƏRLƏR

Ər-Riyad hava limanına raket hücumu: yüzlərlə ölən və yaralanan var

2026.10.11, 14:04
Ər-Riyad hava limanına raket hücumu: yüzlərlə ölən və yaralanan var

Gunaz.tv

Yəməndəki husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına raket hücumu nəticəsində 12 nəfər ölüb, 309 nəfər yaralanıb.

Səudiyyə Ərəbistanının Mülki Aviasiya İdarəsi oktyabrın 10-da hücumdan sonra hava limanının fəaliyyətinin dayandırıldığını təsdiqləyib.

Frans Press agentliyinə danışan diplomatik mənbənin sözlərinə görə, hücum yerli vaxtla saat 15:00 radələrində baş verib. “The Wall Street Journal” qəzeti isə Səudiyyə rəsmilərinə istinadən raketlərin hava limanının 3-cü terminalına birbaşa düşdüyünü bildirib.

Həlak olanlar arasında dörd Səudiyyə Ərəbistanı vətəndaşı, iki Banqladeş vətəndaşı, bir ABŞ vətəndaşı, həmçinin Suriya və İordaniya vətəndaşları var. Yaralılardan beşinin reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Husilər hücuma görə məsuliyyəti hələlik rəsmi şəkildə üzərlərinə götürməyiblər.

 

GunAz TV
R.G

 

Riyad hava limanının fəaliyyəti raket hücumundan sonra dayandırılıb; onlarla nəfər yaralanıb

2026.10.10, 19:35

Riyad hava limanının fəaliyyəti raket hücumundan sonra dayandırılıb; onlarla nəfər yaralanıb

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar