SON XƏBƏRLƏR

İsxak Hersoq: Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan sabitlik nümunəsinə çevrilib

2026.10.15, 13:31
İsxak Hersoq: Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan sabitlik nümunəsinə çevrilib

Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan sabitlik nümunəsinə çevrilmiş, inanılmaz iqtisadi artım əldə etmiş və region ölkələri ilə əlaqələri möhkəmləndirib.

Gunaz.tv

Bunu İsrail Prezidenti İsxak Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

İsrail Prezidenti bildirib ki, sədrliyi dövründə Azərbaycan eyni baxış bucağı ilə AQEM-ə yeni nəfəs verib: “Qlobal gərginliyin artdığı və beynəlxalq əməkdaşlığa inamın azaldığı bir dövrdə Azərbaycan AQEM-in diqqətini ən vacib məsələlərə — konstruktiv dialoqa, davamlı tərəfdaşlığa və ortaq məxrəcin axtarışına yönəltməyi bacarıb".

Onun sözlərinə görə, İsraildən öz təcrübəsindən görüb ki, təkbaşına dostluq bəyanatları heç vaxt kifayət etmir: "Yaşayan və davamlı olan münasibətlər — reallıqda əlaqələr quran, praktiki əməkdaşlığı dəstəkləyən və ortaq maraq sahələrini müəyyən edən münasibətlərdir. AQEM-in vədi də məhz bundadır. Biz bu yanaşmanın gücünü Abraham Razılaşmaları vasitəsilə də yaxından gördük. Bu gün burada bizim iki tərəfdaşımız var — Bəhreyn Krallığı və Birləşmiş Ərəb Əmirlikləri. Bu razılaşmalar üst-üstə düşən maraqların siyasi reallıqları necə dəyişdirə biləcəyini göstərir. Cəmi bir neçə il əvvəl təsəvvür belə edilməsi qeyri-mümkün görünən münasibətlər indi reallıqdır".

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar