SON XƏBƏRLƏR

Rusiya və Ukrayna arasında atəşkəs razılaşması əldə olunub

2026.10.23, 21:38
Rusiya və Ukrayna arasında atəşkəs razılaşması əldə olunub

Gunaz.tv

Ukraynanın cənubundakı Xerson vilayətində, Rusiyanın nəzarətində olan Oleşki şəhərində yerli atəşkəsin elan ediləcəyi bildirilir.

Gunaz TV-nin məlumatına görə, atəşkəsə ABŞ-ın birinci xanımı Melaniya Trampın səyləri nəticəsində nail olunub. Məlumata əsasən, yerli atəşkəs oktyabrın 29-da qüvvəyə minəcək.

Bildirilib ki, Melaniya Tramp atəşkəsin təmin olunması üçün Rusiya və Ukraynanın siyasi rəhbərləri ilə birbaşa təmaslarda olub.

Qeyd edək ki, Oleşki şəhəri Ukraynanın cənubunda, Xerson vilayətində yerləşir və hazırda Rusiyanın nəzarəti altındadır. Müharibədən əvvəl şəhərdə təxminən 24 min nəfər yaşasa da, hazırda əhalinin sayının 1 700–2 000 nəfər arasında olduğu bildirilir.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar