SON XƏBƏRLƏR

Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib

2026.10.25, 08:00
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib

Gunaz.tv

Almaniyanın Maliyyə Nəzarəti Federal İdarəsi (BaFin) İranın Bank Saderatının Hamburq şəhərindəki filialının fəaliyyət lisenziyasını ləğv edib və filialın bağlanması barədə qərar verib.

BaFin-in açıqlamasına görə, bu qərar İrana qarşı tətbiq olunan sanksiyalar çərçivəsində qəbul edilib. Qərara əsasən, Bank Saderatın Hamburqdakı filialı bundan sonra Almaniyada bank fəaliyyəti ilə məşğul ola bilməyəcək.

Yayılan məlumatlara əsasən, bankın Hamburq filialında 13 nəfər çalışıb və filialın aktivlərinin ümumi dəyəri təxminən 62,4 milyon avro təşkil edib.

Bu addım Avropada İranın bank şəbəkəsinə qarşı tətbiq olunan maliyyə və bank məhdudiyyətlərinin davamı kimi qiymətləndirilir.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar