SON XƏBƏRLƏR

Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi

2026.10.25, 18:58
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi

Gunaz.tv

İranın bir neçə xarici ölkədəki səfirliyinin Səmərqəndin tarixi irsi və memarlığı ilə bağlı paylaşımından sonra Tehran və Daşkənd arasında diplomatik gərginlik yaranıb. Özbəkistan hökuməti İranın bu ölkədəki səfirini Xarici İşlər Nazirliyinə çağıraraq paylaşımların silinməsini tələb edib.

Özbəkistan mediasının məlumatına görə, ölkənin Xarici İşlər Nazirliyi oktyabrın 23-də İranın Daşkənddəki səfiri Məhəmmədəli İsgəndərini çağırıb və ona rəsmi etiraz notası təqdim edib.

Etiraz ABŞ dövlət katibi Marko Rubionun Səmərqəndə səfərindən sonra İranın bir sıra diplomatik nümayəndəliklərinin “X” sosial şəbəkəsində tarixi Registan meydanının memarlığını İran və İslam sivilizasiyası ilə əlaqələndirən paylaşımlarından sonra səsləndirilib.

Özbəkistan Xarici İşlər Nazirliyi bu paylaşımları ölkənin tarixi irsinə birtərəfli və siyasiləşdirilmiş yanaşma kimi qiymətləndirib. Nazirlik Səmərqənd, Buxara və Xivənin özbək xalqının çoxəsrlik tarixi və mədəni inkişafının ayrılmaz hissəsi olduğunu vurğulayıb.

Daşkənd paylaşımların silinməsini və bu cür halların təkrarlanmamasını tələb edib.

 

GunAz TV
R.G

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar