SON XƏBƏRLƏR

İran səfirliyi Azərbaycan QHT-ləri tərəfindən Məsud Pezeşkiana yazılan məktubu məhv edəcəklərini açıqlayıb

2026.11.06, 09:41
İran səfirliyi Azərbaycan QHT-ləri tərəfindən Məsud Pezeşkiana yazılan məktubu məhv edəcəklərini açıqlayıb

İranın Azərbaycandakı səfirliyi İranda yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil hüququnun təmin olunmasını tələb edən 55 Azərbaycan QHT-sinin imzaladığı açıq məktubu rəsmi qaydada qəbul etdiyini təkzib edib.

Gunaz.tv

Oktyabrın 26-da İran Prezidenti Məsud Pezeşkiana ünvanlanan məktub noyabrın 2-də şəxsən İranın Bakıdakı səfirliyinə təqdim edilib. Məktubun təqdim olunması Azərbaycan mətbuatı tərəfindən yayımlanan foto və videogörüntülərlə də qeydə alınıb.

Lakin səfirlik noyabrın 3-də APA agentliyinə göndərdiyi cavabda məktubu imzalayanları “naməlum şəxslər” adlandırıb və kimliyi məlum olmayan və ya etibarsız göndəricilərdən daxil olan məktubların qeydiyyata alınmadığını, məhv edildiyini bildirib.

Səfirliyin mövqeyi məktubu imzalayan QHT nümayəndələrinin tənqidinə səbəb olub. Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli və “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli diplomatik nümayəndəliyi faktları təhrif etməkdə və diqqəti məktubun əsas mahiyyətindən yayındırmaqda ittiham ediblər.

QHT-lər Tehranı İranda yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil hüququ ilə bağlı tələblərə münasibət bildirməyə çağırırlar.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar