SON XƏBƏRLƏR

Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf

2026.11.11, 09:09
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf

İranın rəhbəri Müctəba Xamenei Çinlə əlaqələrə dair xüsusi tapşırıqlar verib.

Gunaz.tv

Bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.

"ABŞ ilə müharibəyə və "nə müharibə, nə sülh" vəziyyətinə son qoyulmasında Çinin rolu qabarıqdır", - o deyib və əlavə edib ki, bölgədə sabitliyin artırılmasında Çinin müsbət fəaliyyətindən istifadə fürsəti yaranıb.

Xameneidən sitat gətirən Qalibaf vurğulayıb ki, Çinlə əməkdaşlıq formal razılaşmalarla məhdudlaşmamalıdır:

"İran və Çinin 25 illik hərtərəfli əməkdaşlıq proqramı icra layihələrinə çevrilməlidir".

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar