SON XƏBƏRLƏR

İranda insanlar borclarını ödəmək üçün orqanlarını satışa çıxarırlar

2026.11.11, 18:08
İranda insanlar borclarını ödəmək üçün orqanlarını satışa çıxarırlar

İranda artan yoxsulluq və yaşayış xərcləri insanları böyrəklərini, qaraciyər toxumalarını və sümük iliyini satmağa məcbur edir.

Gunaz.tv

Bu barədə noyabrın 11-də “ILNA” xəbər agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Tehranın mərkəzi küçələrində orqan satışına dair elanlar geniş yayılıb. Böyrəklər üçün tələb olunan qiymətlər əsasən 30-40 milyard rial (11 500-15 300 dollar) arasında dəyişir.

Məlumata görə, orqanlarını satışa çıxaranların əksəriyyəti borclarını ödəməkdə və gündəlik xərclərini qarşılamaqda çətinlik çəkən fəhlələr və aztəminatlı şəxslərdir.

Parlamentin Sosial Məsələlər Komitəsinin sədri Əli Babayi Kərnəmi noyabrın 8-də ölkədə təxminən 8 milyon insanın mütləq yoxsulluq və qida çatışmazlığı ilə üzləşdiyini, daha 50 milyon nəfərin isə ərzaq almaqda çətinlik çəkdiyini bildirib.

“ILNA” qeyd edir ki, orqan satışından əldə edilən vəsait maddi problemləri müvəqqəti həll edə bilsə də, bu addım insanların sağlamlığına və gələcəkdə işləmək imkanlarına ciddi təhlükə yaradır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar