SON XƏBƏRLƏR

Ərdoğan Pezeşkianla görüşdə: “Müharibə tezliklə başa çatmalıdır”

2026.11.12, 20:32
Ərdoğan Pezeşkianla görüşdə: “Müharibə tezliklə başa çatmalıdır”

Gunaz.tv

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla görüşündə İran və ABŞ arasında qarşıdurmanın mümkün qədər tez başa çatdırılmasının və davamlı sülhə nail olmaq üçün danışıqlara başlanmasının vacibliyini vurğulayıb.

Görüş Antalyada keçirilən COP31 sammiti çərçivəsində baş tutub. Tərəflər ikitərəfli münasibətləri, eləcə də regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Ərdoğan diplomatik fürsətdən istifadə edilməsinin vacibliyini qeyd edərək, regionda sabitliyin təmin olunması üçün danışıqlar masasının mümkün qədər tez qurulmasına çağırıb.

Türkiyə Prezidenti Ankaranın region ölkələri ilə əməkdaşlıq çərçivəsində sülh səylərini davam etdirəcəyini bildirib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar