SON XƏBƏRLƏR

BAEA indiyədək yoxlamadığı İranın uran zənginləşdirmə müəssisəsi ilə bağlı ciddi narahatlığını açıqlayıb

2026.11.13, 15:43
BAEA indiyədək yoxlamadığı İranın uran zənginləşdirmə müəssisəsi ilə bağlı ciddi narahatlığını açıqlayıb

BMT-nin nüvə enerjisi üzrə nəzarət qurumu Tehranın bir ildən çox əvvəl elan etdiyi yeni uran zənginləşdirmə müəssisəsinin dəqiq harada yerləşdiyini və orada nüvə materialının olub-olmadığını müəyyən edə bilmir.

Gunaz.tv

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bildirib ki, İran 2025-ci ilin iyununda elan etdiyi İsfahan Yanacaq Zənginləşdirmə Müəssisəsinin layihəsini yoxlamaq və obyektə baxış keçirmək üçün müfəttişlərə indiyədək icazə verməyib. Bu məlumat agentliyin cümə günü üzv dövlətlərə təqdim etdiyi rüblük hesabatda yer alıb.

Müharibə ərəfəsində elan edilən müəssisə

İran 2025-ci ilin iyununda BAEA-ya ölkənin mərkəzində yerləşən İsfahan şəhərində, Nüvə Reaktorları üçün Yanacaq Şirkətinin ərazisində yeni müəssisə inşa edəcəyini bildirib. Lakin məlumatda obyektin həmin ərazinin dəqiq hansı hissəsində yerləşəcəyi göstərilməyib.

İran dövlət mediası bu müəssisəni ölkənin üçüncü uran zənginləşdirmə kompleksi kimi təqdim edib. BAEA isə onu Natanzdakı iki və Fordodakı bir müəssisədən sonra İranın dördüncü zənginləşdirmə obyekti hesab edir.

Bu məsələ nüvə silahlarının yayılması baxımından ciddi narahatlıq doğurur

Hesabatda bildirilir ki, Buşəhr Atom Elektrik Stansiyası istisna olmaqla, İran nüvə obyektlərinin və materiallarının vəziyyəti barədə MAQATE-yə heç bir məlumat təqdim etməyib və agentliyin həmin obyektlərə çıxışına icazə verməyib.

2025-ci ilin iyulunda İran parlamenti agentliklə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanun qəbul edib.

BAEA İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı məlumat çatışmazlığını “nüvə silahlarının yayılması baxımından ciddi narahatlıq” adlandırıb və bu məsələnin “təcili şəkildə” həll edilməli olduğunu bildirib.

BAEA-nın baş direktoru Rafael Qrossi müfəttişlərin “daha çox gecikmədən” İrana qayıdaraq fəaliyyətlərini bərpa etməsinin vacib olduğunu vurğulayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar