SON XƏBƏRLƏR

Rubio: Nüvə silahına malik İran bütün regionu girov saxlaya bilər

2026.11.14, 09:08
Rubio: Nüvə silahına malik İran bütün regionu girov saxlaya bilər

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda çıxışı zamanı İranın nüvə silahı əldə etməsinin Yaxın Şərq və ABŞ üçün ciddi təhlükə yaradacağını bildirib. O, Vaşinqtonun Tehranın nüvə silahına sahib olmasına heç vaxt imkan verməməli olduğunu vurğulayıb.

Gunaz.tv

Federalist Cəmiyyətinin Milli Hüquqşünaslar Konfransında çıxış edən Rubio Hörmüz boğazında gəmilərə qarşı hücumları İranın yaratdığı təhlükələrə nümunə göstərib.

“Təsəvvür edin ki, onların nüvə silahı var. Onlar bütün regionu və hətta ABŞ-ni girov saxlaya bilərdilər”, – deyə o bildirib.

Rubio İran rəhbərliyini ekspansionist adlandıraraq, Yaxın Şərqdəki münaqişələrdə Tehranın rolunu tənqid edib. O, husilərin, İraqdakı şiə silahlı qruplarının, Hizbullahın və Bəşər Əsəd hökumətini dəstəkləyən qüvvələrin fəaliyyətini İranın regional siyasəti ilə əlaqələndirib.

ABŞ dövlət katibi prezident Donald Trampın İrana qarşı siyasətini müdafiə edərək, əsas məqsədin Tehranın heç bir halda nüvə silahı əldə etməməsi olduğunu bildirib.

Rubio, həmçinin İran hakimiyyətini yanvar etirazlarının yatırılması zamanı on minlərlə insanı öldürməkdə ittiham edib. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri yaralı etirazçıları və onlara tibbi yardım göstərən tibb işçilərini də hədəfə alıblar.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar