SON XƏBƏRLƏR

Rəsmi: İranda təxminən 20 milyon insan diabet və ya prediabetdən əziyyət çəkir

2026.11.14, 12:44
Rəsmi: İranda təxminən 20 milyon insan diabet və ya prediabetdən əziyyət çəkir

İranda təxminən 20 milyon insan diabet və ya prediabet xəstəsidir. Dərman qiymətlərinin artması və müalicəyə çıxış imkanlarının məhdudlaşması isə xəstəliyə qarşı mübarizəni çətinləşdirir.

Gunaz.tv

Bu barədə İran Səhiyyə Nazirliyinin yüksək vəzifəli rəsmisi ISNA agentliyinə açıqlamasında bildirib.

Nazirliyin Qeyri-yoluxucu Xəstəliklər Mərkəzinin direktor müavini Əlirza Məhdevi bildirib ki, ölkə üzrə aparılan araşdırmanın nəticələrinə əsasən, 25 yaşdan yuxarı 7–8 milyon insanda diabet, 13 milyondan çox insanda isə prediabet aşkarlanıb. Prediabet insanın gələcəkdə diabetə tutulma riskini artıran vəziyyət hesab olunur.

Məhdevi həmçinin ikinci tip diabetin uşaqlar və yeniyetmələr arasında getdikcə daha geniş yayıldığı barədə xəbərdarlıq edib. O, bunun əsas səbəbləri arasında uşaqlıq dövründə piylənməni, fiziki aktivliyin azlığını və ekran qarşısında keçirilən vaxtın artmasını göstərib.

Rəsminin sözlərinə görə, diabetin yayılma səviyyəsi Yəzd ostanında, eləcə də Xəzər dənizi sahilində yerləşən Gilan və Mazandaran ostanlarında daha yüksəkdir. O, həmçinin şəhər və kənd əhalisi arasında xəstəliyin yayılma səviyyəsinə dair fərqin getdikcə azaldığını qeyd edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar