SON XƏBƏRLƏR

Tehran təxribata əl atmadığı müddətdə Tramp İrana zərbələri təxirə salmağı nəzərdən keçirir - Reuters

2026.11.14, 16:12
Tehran təxribata əl atmadığı müddətdə Tramp İrana zərbələri təxirə salmağı nəzərdən keçirir - Reuters

ABŞ Prezidenti Donald Tramp yüksək vəzifəli müşavirlərinə bildirib ki, Tehran və ya İranın dəstəklədiyi Yəməndəki husilər tərəfindən yeni təxribatçı addımlar atılmadığı təqdirdə İrana qarşı hərbi zərbələrin yenidən başlanmasını təxirə sala bilər.

Gunaz.tv

Bu barədə Reuters agentliyi şənbə günü müzakirələrlə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp hələ yekun qərar verməyib, lakin regiondakı müttəfiqlərinin yeni eskalasiyadan yayınmaq çağırışlarına müsbət yanaşdığını ifadə edib.

Reuters-in yazdığına görə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son telefon danışıqları zamanı Trampı İrana qarşı hücumları yenidən başlatmamağa çağırıblar.

Digər tərəfdən, ABŞ ordusu mümkün eskalasiyaya hazırlaşır. Bu çərçivədə daha bir təyyarədaşıyan gəmi regiona doğru hərəkət edir.

Ağ Ev rəsmisi Reuters-ə bildirib ki, qərarvermə səlahiyyəti yalnız Trampın özündədir və prezident ABŞ-ın maraqlarını qorumaq üçün hərəkət edəcək.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar