SON XƏBƏRLƏR

İranın Sari və Kirmanşah şəhərlərində daha 5 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Sari və Kirmanşah şəhərlərində daha 5 nəfər dara çəkilib

Gunaz.tv

 GünAzTV: İranda qətldə və qəsdən adamöldürmədə günahlandırılaraq qisasa məhkum edilmiş daha 6 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, adı mediaya açıqlanmayan müttəhimlərdən biri dekabrın 11-i sübh saatlarında İranın Mazandaran əyalətinin mərkəzi sayılan Sari şəhərinin zindanında dara çəkilib.

Həmin gün qəsdən adamöldürmədə günahlandırılmış daha 5 məhbus, Kirmanşahın Dizelabad həbsxanasında dar ağacından asılıb. Edam edilənlərdən yalnız birinin (Keykavus Aşuri) adı mediaya açıqlanıb. Bildirilir ki, həmin şəxs 15 il həbsdə saxlandıqdan sonra edam edilib. 

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

 A.M

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar