SON XƏBƏRLƏR

Prezident Həsən Ruhani manqurtlaşmış bir azərbaycanlının fəaliyyətini təqdir etdi

2021.10.20, 07:36
Prezident Həsən Ruhani manqurtlaşmış bir azərbaycanlının fəaliyyətini təqdir etdi

Gunaz.tv

GünAz TV: İran prezidenti Həsən Ruhani Farabi festivalında sözdə alim adlanan manqurtlaşmış bir azərbaycanlının elmi fəaliyyətini təqdir edib.


Məlumata görə, yanvarın 14-də Beynəlxalq Farabi Festivalının bağlanış mərasimində 19 iştirakçıya xüsusi lövhələr təqdim olunub. Prezident, anti-türk mövqeyi ilə seçilən Seyid Cavad Təbatəbayinin fəaliyyətini yüksək qiymətləndirərək ona siyasət və beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətinə görə təşəkkür lövhəsi təqdim edib.


Əslində prezidentin diqqətini çəkən məqam S.C.Təbatəbayinin türk millətinin tarix və mədəniyyətini təhrif etmək və İrançılıq uğrundakı fəaliyyətləridir.


Əslən Güney Azərbaycanın Təbriz şəhərində olan S.C.Təbatəbayi Azərbaycansevər gənclər arasında manqurt bir şəxs kimi tanınır. O bir neçə il əvvəl “Mehrnamə” dərgisinə verdiyi müsahibədə azərbaycanlı milli-mədəni fəalların türk millətinin tarix, mədəniyyət və ədəbiyyatının canlandırılması uğrunda apardıqları mübarizənin savadsızlıq və şüursuzluqdan irəli gəldiyini bildirmişdir. O əsassız “İran şəhəri” terminini ortaya ataraq İranda yaşayan bütün millətlərin, o cümlədən türklərin tarixi kimliyini inkar edərək ölkəni yalnız fars kimliyi ilə təqdim edir.


N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar