SON XƏBƏRLƏR

“Traxtur” növbəti rəqibini Təbrizdə qəbul edəcək

2021.10.20, 07:36
“Traxtur” növbəti rəqibini Təbrizdə qəbul edəcək

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol klubu növbəti rəqibi ilə cümə axşamı Təbrizdə qarşılaşacaq.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 25-ci həftəsində Təbriz təmsilçisi “Peykan”ı qəbul edəcək.

 

Görüş martın 1-i, yerli vaxtla saat 15:00-da Təbrizin səhənd stadionunda baş tutacaq.

 

“Traxtur”-“Peykan” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Bu görüşdə “Traxtur” 4 əsas oyunçusu olmadan meydana çıxacaq. Ümid Alişah və Faxir Təhami əvvəlki oyunlarda aldıqları zədələr, Məhəmməd İranpuryan və Məhəmmədrza Mehdizadə isə “Pars Cənubi” ilə görüşdə aldıqları 3 dəfə xəbərdarlığa görə oyuna qatıla bilməyəcəklər.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar