SON XƏBƏRLƏR

Suriyada öldürülən “Sepah”çıların sayı 7 nəfərə çatıb - FOTOLAR

2021.10.20, 07:36
Suriyada öldürülən “Sepah”çıların sayı 7 nəfərə çatıb - FOTOLAR

Gunaz.tv

GünAzTV: İki gün əvvəl Suriyada həlak olan “Sepah”çıların sayı 7 nəfərə çatıb. Bu barədə İran mənbələri məlumat yayıb.

 

Bildirilir ki, aprelin 9-u sübh saatlarında İsrailin Suriyanın Homs əyaltindəki “T-4” hərbi hava bazasına raket hücumunda daha 2 “Sepah”çı, Hamid Rzayi və Höccətullah Noçəməni həlak olub. Hər iki “Sepah” muzdlusunun Tehrandan Suriyaya göndərildiyi qeyd olunur. Bundan əvvəl raket hücumunda 4 İran hərbçisinin (Seyid Əmmar Musəvi, Əkbər Zəvvar Cənnəti, Mehdi Lütfi Niyasər və Mehdi Dehqan Yəzdli) öldürüldüyü, 1-nin (Murtuza Bəsiri Pur) isə Suriyanın digər bölgəsində baş verən döyüşlərdə həlak olduğu bildirilmişdi.

 

Məlumatda bildirilir ki, həlak olan hər 7 “Sepah”çının cənazələri aprelin 10-u, axşam saatlarında ölkəyə gətirilərək, onlarla rəsmi vida mərasimi keçirilib. Cənazələrin yaxın günlərdə torpağa tapşırılacağı vurğulanır.

 

Xatırladaq ki, aprelin 9-u, sübh saatlarında İsrailin Suriyanın Homs əyaltindəki “T-4” hərbi hava bazasına raket hücumunda ən azı 14 nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Həlak olanlardan 7-si İran vətəndaşı olan hərbçilərdir.  

 

Qeyd edək ki, İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

 

 

 

 

 

 

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar