SON XƏBƏRLƏR

İranın Məşhəd şəhərində "Qara Xərçəng" bandasının 2 üzvü ictimaiyyət qarşısında dara çəkilib - FOTOLAR

2021.10.20, 07:36
İranın Məşhəd şəhərində "Qara Xərçəng" bandasının 2 üzvü ictimaiyyət qarşısında dara çəkilib - FOTOLAR

Gunaz.tv

 GünAzTV: İranda adam oğurluğunda və cinsi təcavüzdə günahlandırılan daha 2 nəfər edam edilib.

 

İran mənbələrinin yaydığı xəbərə əsasən, adları mediaya açıqlanmayan hər iki müttəhim, mayın 15-də İranın Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərində ictimaiyyət qarşısında dara çəkilib. Bildirilir ki, beş nəfərdən ibarət olan “Qara Xərçəng” adlı cinayətkar bandanın üzvlərindən olan bu iki şəxs, gecələr taksi sürücüsü adı ilə gənc xanım sərnişinləri avtomobilə mindirdikdən sonra bıçıqla təhdid edərək şəhərdən kənar bir yerə aparırmış, zorladıqdan sonra xəlvət bir yerdə avtomobildən düşürərək hadisə yerindən qaçırmışlar.

 

Cinayətkar bandanın digər 3 üzvünün işinə baxıldığı qeyd olunur. Onların da edama məhkum ediləcəyi təxmin edilir.

 

                                      "Qara Xərçəng" adlı cinayətkar bandanın üzvləri

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

 

A.M

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar