SON XƏBƏRLƏR

İnternetdə Güney Azərbaycana məxsus Onlayn mağaza fəaliyyət göstərir

2021.10.20, 07:36
İnternetdə Güney Azərbaycana məxsus Onlayn mağaza fəaliyyət göstərir

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda istehsal olunan malları satmaq məqsədi ilə onlayn mağaza fəaliyyətə başlayıb.

 

“Bayquş” adlanan internet mağazası “Azərbaycan malları” adı ilə işə başlayıb, onlayn mağazada yalnız Güney Azərbaycan malları satışa çıxarılacaq.

 

Onlayn mağazanın saytında qeyd olunan məlumata görə, belə bir işə başlamaqdan məqsəd Azərbaycan istehsalına dəstək verməkdir. Mağaza mart ayından fəaliyyətə başlayıb.

 

Mağazada satış üçün istehsal olunan malların üzərində “Made in Tabriz” sözü yazılır.

 

Mağaza idarəçiləri  ticarətə vətənpərlərlik ideyası ilə yanaşır, şübhəsiz ki, belə yanaşma Güney Azərbaycanın iqtisadi durğunluqdan çıxmasında müsbət rol oynaya bilər.

 

İnternet mağazasının “Bayquş” adlandırılmasına səbəb bu quşun çevik olması kimi xüsusiyyətləri ilə yanaşı ingilis dilində “almaq” mənasında olan “Buy” sözüdür. “Buy” internetdə alış-veriş sahəsində fəaliyyət göstərənlər arasında çox istifadə olunan bir sözdür.

 

“Bayquş” mağazasının mərkəzi ofisi Təbrizdə yerləşir, Ofis Güney Azərbaycanın müxtəlif bölgələrində istehsal olunan malların satışı ilə bağlı xidmət göstərir.

 

İnternet mağazasının adresi: http://buyqoosh.com/

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar