SON XƏBƏRLƏR

Angela Merkel: “İranın bölgədə yürütdüyü hücumçu siyasətinin qarşısını almaq üçün təcili həll yolu tapmaq lazımdır”

2021.10.20, 07:36
Angela Merkel: “İranın bölgədə yürütdüyü hücumçu siyasətinin qarşısını almaq üçün təcili həll yolu tapmaq lazımdır”

Gunaz.tv

 GünAzTV: İyunun 21-də Əmmana səfər edən Almaniya kansleri Angela Merkel, İordaniyanın kralı II Abdulla ilə görüşüb danışıqlar apardıqdan sonra jurnalistlərə açıqlamasında İranın Orta Şərqdə yürütdüyü dağıdıcı və hücumçu siyasətindən danışıb.

 

Avropa ölkələri rəhbərlərinin İranın inkişaf etdirməyə çalışdığı ballistik raketlərindən irəli gələn nigaranlığına toxunan Merkel deyib ki, dünya birliyi, İranın bölgədə apardığı hücumçu siyasəti qarşısında ciddi tədbir görməlidir: “Hesab edirəm ki, İranın bölgədə yürütdüyü hücumçu siyasətinin qarşısını almaq üçün təcili bir həll yolu tapmaq lazımdır.

 

Avropa ölkələri İranla imzalanmış nüvə sazişinin qorunub saxlanılmasının tərəfdarı olsalar da, Tehranın ballistik raketlər proqramı, eləcə də İranın Suriyada hərbi mövcudluğu və onun Yəmən savaşındakı rolu barədə eyni nigaranlıq hissi keçirirlər. Məhz buna görə də, hesab edirik ki, İranın Orta Şərq regionunda dünya birliyinin nigaranlığına səbəb olan bu addımlarının qarşısı alınmalıdır”.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar