SON XƏBƏRLƏR

Azərbaycanlı fəallar “Ana dilində mədrəsə” yazılmış etiketlər paylayıblar – Ərdəbildə / GÖRÜNTÜ

2021.10.20, 07:36
Azərbaycanlı fəallar “Ana dilində mədrəsə” yazılmış etiketlər paylayıblar – Ərdəbildə / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan şəhərlərində təhsil müəssisələrinin açılış günü ərəfəsində başlayan mədəni tədbirlər davam etməkdədir.

 

Məlumata görə, ərdəbilli fəallar ana dilində təhsil tələbi ilə çox sayda etiket çap etdirib və soydaşlarımız arasında paylayıblar.

 

“Ana dilində mədrəsə” yazılmış etiketlər şəhərin müxtəlif məntəqələrində divarlara da yapışdırılıb.

 

Ərdəbilli milli-mədəni fəallar ötən günlərdə məktəblilərə çox sayda türk dilində kitablar da hədiyyə ediblər. Onlar bu şəkildə İranda türk dilində təhsilə qoyulan qadağaya diqqət çəkib və ana dilində təhsil tələbi irəli sürüblər. Bu tədbirlərin Ərdəbildə gələcək günlərdə də davam edəcəyi gözlənilir.

 

Fars dilində təhsil almaq Azərbaycan türk millətinin seçimi deyil, soydaşlarımız hər bir fürsətdə İranın təkdilli təhsil sisteminə etiraz bildirir.

 

Fəallar tərəfindən hazırlanıb və paylanılan etiketlərin görüntüləri:

 

 

 

 

 

 

 

 

N.S

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar