SON XƏBƏRLƏR

“Həmədanda yoxa çıxan 8 yaşlı Aynazdan heç bir xəbər yoxdur”

2021.10.20, 07:36
“Həmədanda yoxa çıxan 8 yaşlı Aynazdan heç bir xəbər yoxdur”

Gunaz.tv

GünAz TV: Ötən günlərdə Güney Azərbaycanın Həmədan şəhərində yoxa çıxan Aynaz adlı azyaşlı qızdan heç bir xəbər yoxdur.

 

Bu barədə Həmədan Əyaləti Polis İdarəsinin Cinayət Axtarışı Bölümünün (Aqahi) rəisi Rza Zarei mətbuata məlumat verib.

“8 yaşlı Aynaz bir neçə gündür ki, yoxa çıxıb. Uşaqlarla oynamaq məqsədi ilə küçəyə çıxan Aynaz bir daha evə qayıtmayıb, lakin onun oğurlanma ehtimalı çox zəifdir”- deyə o bildirib.

 

Rza Zarei əlavə edib ki, polis bir neçə gündür axtarış aparır. Təəssüflər olsun ki, hələlik uşaqdan heç bir əsər-əlamət yoxdur. Şübhəsiz ki, Aynazı ailəsinə qaytarmaq üçün axtarışlar davam edəcək.

 

Cinayət Axtarışı Bölümünün rəisi sözlərinin sonunda bütün əhaliyə müraciət edərək uşaqla bağlı hər hansı məlumatı olan şəxslərdən Polis İdarəsi ilə əlaqə saxlamalarını istəyib.

 

Son vaxtlar İranda bir neçə azyaşlı uşaq naməlum şəxslər tərəfindən oğurlanaraq öldürülüb. Belə faktlara vaxtaşırı Güney Azərbaycan şəhərlərində də rast gəlinir. İranda son vaxtlar ümumiyyətlə müxtəlif cinayət faktlarının sayı artıb. Cəmiyyətdə gərginlik yaradan cinayət faktları şübhəsiz ki, ailələrin nigaranlığına səbəb olur.

 

N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar