SON XƏBƏRLƏR

“Swift”, İran banklarına göstərdiyi xidməti dayandırıb

2021.10.20, 07:36
“Swift”, İran banklarına göstərdiyi xidməti dayandırıb

Gunaz.tv

 GünAzTV: Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti “Swift”, noyabrın 5-də bəyanat yayaraq, bir çox İran banklarına göstərdiyi xidməti dayandırdığını bildirib.

 

“Swift”in bəyanatı, Amerikanın İrana qarşı tətbiq etdiyi geniş miqyaslı sanksiyaların icrasına başladığı günə təsadüf edib.

 

Dünyada pul köçümələri üzrə ən mühüm beynəlxalq şəbəkə sayılan “Swift”in yaydığı bəyanatda bildirilir ki, bu qurum, beynəlxalq maliyyə sisteminin bütövlüyünü və ondakı sabitliyi qoruyub saxlamaq məqsədilə İranın bir çox banklarının “Swift” sisteminin imkanlarından yararlanmasının qarşısını almaq qərarına gəlib. Bəyanatda “Swift” sisteminin xidmətlərindən məhrum edilən İraxn banklarının adları açıqlanmayıb.

 

Xatırladaq ki, noyabrın 5-dən başlayaraq Amerikanın İrana qarşı sanksiyalarının, o cümlədən də İran neftinin satışına qadağaların icrasına başlanılıb.

 

Yeni sanksiyalarla bağlı noyabrın 2-də jurnalistlərə amçıqlama verən ABŞ maliyyə naziri Stiven Mnuçin bildirib ki, sanksiyaların yeni mərhələsində 700-dən çox fiziki və hüquqi şəxsin adları, Amerikanın İrana qarşı sanksiyalar siyahısına salınıb.

 

 

A.M

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar