SON XƏBƏRLƏR

Böyük öndər Atatürkün ölümündən 80 il keçdi

2021.10.20, 07:36
Böyük öndər Atatürkün ölümündən 80 il keçdi

Gunaz.tv

GünAz TV: Türkiyə Cumhuriyyətinin qurucusu, böyük öndər Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür.

 

1937-ci ildə səhhətində problem yaranan Atatürk 1938-ci il noyabrın 10-da 57 yaşında İstanbulda dünyasını dəyişib.

 

Türkiyə Qurtuluş Savaşının hərbi və siyasi lideri 1923-cü ildən 1938-ci ilədək ölkəyə rəhbərlik edib və Türkiyə Cümhuriyətinin ilk Prezidenti olub.

 

Atatürk Osmanlı İmperiyasının yerində qurulan Türkiyə Cümhuriyyətinin müasir və dünyəvi bir milli dövlətə çevirmək üçün siyasi, iqtisadi, ictimai və mədəni islahatlar aparıb. Onun liderliyi altında minlərlə yeni məktəb inşa edilib.

 

Atatürk qadınlara qarşı hüquq bərabərsizliyini aradan qaldırıb. Kəndlilərin ağır vergilərini azaldıb.

 

1938-ci ildəki vəfatına qədər 4 dəfə Türkiyə Prezidenti seçilən Atatürk, ölkəsində bu vəzifəni ən uzun müddətə icra edən siyasi liderdir.

 

Atatürkün fəaliyyəti tarixdə oynadığı əhəmiyyətli roluna görə bir çox yazar və tarixçi tərəfindən araşdırılıb və haqqında 379 əsər yazılıb.

 

Qeyd edək ki, o, qaraciyər sirrozundan dünyasını dəyişib.

 

N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar