SON XƏBƏRLƏR

İranın Urmiya şəhərində daha 1 nəfər edam edilib

2021.10.20, 07:36
İranın Urmiya şəhərində daha 1 nəfər edam edilib

Gunaz.tv

GünAzTV: İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq ölüm cəzasına məhkum edilmiş daha 1 məhbus edam edilib.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, iki il əvvəldən həbsdə saxlanılan Sulduz şəhər sakini Yunis Əzizi adlı müttəhim, dekabrın 10-u sübh saatlarında Urmiyanın mərkəzi zindsnında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar