SON XƏBƏRLƏR

Tramp hökumətin işini uzun müddət dayandırmağa hazırdır

2021.10.20, 07:36
Tramp hökumətin işini uzun müddət dayandırmağa hazırdır

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezident Administrasiyası hökumətin işini uzun müddət qismən dayandırmağa hazırdır. Bu, Senatın gələcək maliyyələşdirmə haqqında qətnaməni qəbul etməyəcəyi təqdirdə, artıq 22 dekabr tarixindən başlaya bilər.

 

Bunu ölkə prezidenti Donald Tramp cümə günü Ağ evdə jurnalistlərə deyib.

 

"[Hökumətin işinin] dayandırılıb-dayandırılmayacağı Demokratlar Partiyasından asılıdır", - deyə o bildirib.

 

"Ola bilsin ki, dayandırılsın. Mən deyərdim ki, dayandırılma şansı çox böyükdür", - deyə Ağ ev rəhbəri əlavə edib.

 

"Biz hökumətin işinin uzun müddət dayandırılmasına tam hazırıq", - deyə Tramp bildirib.

 

Daha əvvəl ABŞ-da Ağ ev və bir sıra federal qurumlar işin qismən dayandırılması üçün hazırlıqlara başlayıb. "Report"

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar