SON XƏBƏRLƏR

İranlı rəsmi: “Özlərini yandıran səyyar satıcılar mafiya üzvləridirlər”

2021.10.20, 07:36
İranlı rəsmi: “Özlərini yandıran səyyar satıcılar mafiya üzvləridirlər”

Gunaz.tv

GünAz TV: “Tehran şəhər sənaye və məşğulluq təşkili şirkəti”nin icraçı direktoru Həmidrza Təhsili İranda bələdiyyə işçiləri tərəfindən mallarının əllərindən alması və özlərinə qarşı fiziki zor tətbiq etməsinə etiraz olaraq özlərini yandıran səyyar satıcıları “mafiya üzvləri” adlandırıb.

 

O, iddia edib ki, “həqiqətən maddi ehtiyac üzündən səyyar satıcılıq edənlər özlərinə od vurmaz” və bu addımı atanlar “bələdiyyələri qanun pozuntusu hallarını aradan qaldırmaqla mübarizədə geri çəkilməyə vadar etmək üçün koordinasiyalı şəkildə çalışan mafiya üzvləridirlər.”

 

Qeyd edək ki, İranda ağır iqtisadi vəziyyət və sosial problemlər səbəbindən bir çox şəhərlərdə əhalinin bir hissəsi səyyar satıcılıq vasitəsi ilə maddi ehtiyaclarını qarşılayır. Lakin tez-tez şəhər bələdiyyələrinin əməkdaşları tərəfindən bu şəxslərin mallarının əllərindən alınması və özlərinə qarşı amansız fiziki güc tətbiq edilməsi ilə bağlı məlumatlar yayılır. Maddi ehtiyaclarını təmin etmək üçün son çıxış yolu kimi səyyar ticarətlə məşğul olan vətəndaşlar isə bələdiyyə işçilərinin bu cür qanunsuz və amansız davranışlarından sonra özlərinə od vuraraq yandırırlar.

 

Ə.A

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar