SON XƏBƏRLƏR

Adil əl Cübeyr: “İran hələ də beynəlxalq terrorizmə dəstək verir”

2021.10.20, 07:36
Adil əl Cübeyr: “İran hələ də beynəlxalq terrorizmə dəstək verir”

Gunaz.tv

GünazTV: Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl Cübeyr, martın 2-də Əbu-Dabidə keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında çıxış edərək, İranın beynəlxalq terrorizmə dəstəyindən və region ölkələrinin daxili işlərinə qarışmasından danışıb.

 

Əl-Cübeyr bildirib ki, ərəb ölkələri İranın dəstəklədiyi terrorizmə qarşı birgə mübarizəsini gücləndirməlidir: “Təəssüflər olsun ki, İran hələ də beynəlxalq terrorizmə dəstək verir, müsəlman ölkələrin daxili işlərinə müdaxilə siyasətini davam etdirir. Bunun isə qarşısı alınmalıdır”.

 

Həmçinin konfransa qatılan Yəmənin xarici işlər naziri Xalid əl-Yəmani jurnalistlərə açıqlamasında İranın regionun sabitliyinə qarşı yürütdüyü siyasətini tənqid edərək, rəsmi Tehranı İslam Əməkdaşlıq Təşkilatının üsul və prinsiplərinə riayət etməyə çağırıb: “Hesab edirik ki, İran bölgənin təhlükəsizliyinə xələl gətirən əməllərindən, o cümlədən də Yəməndə yaraqlı husilərə maliyyə və hərbi dəstəyini dayandırmalıdır” deyə, Yəmani əlavə edib.

 

Yəmənin xarici işlər naziri Xalid əl-Yəmani

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar