SON XƏBƏRLƏR

Həmədanda taksilərin gediş haqqı bahalaşır

2021.10.20, 07:36
Həmədanda taksilərin gediş haqqı bahalaşır

Gunaz.tv

GünAz TV: Həmədan şəhərində sərnişin daşıyan taksilərdə gediş haqqı bahalaşır.

 

Bu barədə Bələdiyyə Şəhərdaxili Xidmət Komissiyasının rəisi Əli Fəthi mətbuata məlumat verib.

 

“Həmədanda taksilərin gediş haqqı 30 faiz bahalaşır. Ötən iki gün ərzində Qiymətləri Tənzimləyən Mərkəzlə birgə iclas keçirildikdən sonra bu barədə qərar qəbul olunub. Dayanacaq və məsafədən asılı olaraq qiymətlər 24 faizdən  30 faizədək artacaq.”- deyə o bildirib.

 

Əli Fəthi sözlərinin sonunda taksi sürücülərinə də xəbərdarlıq edib. O bildirib ki,      gediş haqqının yeni qiymətləri Ticarət və Mədən Sənayesi Təşkilatı, Qiymətləri Tənzimləyən Mərkəz və Uyğunlaşdırma Komitəsi tərəfindən elan olunmayanadək sürücülər gediş haqqını artrıra bilməz, əks halda bu qanunazidd hərəkət kimi qəbul olunacaq.

 

Qeyd edək ki, İranın şübhəli nüvə fəaliyyəti Amerika Birləşmiş Ştatlarının bu ölkəyə iqtisadi sanksiyalar tətbiq etməsi ilə nəticələnib. Bu səbəbdən ölkədə ağır iqtisadi böhran hökm sürür. Güney Azərbaycanın bütün bölgələrini isə işsizlik, yoxsulluq və qeyri-adi bahalıq bürüyüb, əhali günü-gündən artan qiymətlərin öhdəsindən necə gələciyini bilmir.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar