SON XƏBƏRLƏR

“Traxtur”-“Perspolis” görüşü bərabər hesabla sona çatıb

2021.10.20, 07:36
“Traxtur”-“Perspolis” görüşü bərabər hesabla sona çatıb

Gunaz.tv

GünAz TV: Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur “və Tehranın “Perspolis” futbol komandaları arasında yerli vaxtla saat 17:00-da başlayan görüş bu dəqiqələrdə bərabər hesabla sona çatıb.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 28-ci həftəsində keçirilən görüş 1:1 bərabər hesabla yekunlaşıb.

 

Oyunun 11-ci dəqiqəsində Kamal Kamayabi Niya “Perspolis”, 79-cu dəqiqədə isə Danyal İsmailifər “Traxtur” tərəfindən qol vurublar.

 

“Traxtur”un baş məşqçisi Corc Likenz oyundan sonra keçirilən mətbuat konfransında komanda tərəfdarlarına öz təşəkkürünü bildirərək hər zaman onların dəstəyinə ehtiyac olduğunu qeyd edib. O bildirib ki, yetirmələri fürsətləri düzgün qiymətləndirə bilsəydilər, “Perspolis”ə qalib gəlmək mümkün olardı.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar