SON XƏBƏRLƏR

Sentkomun komandanı: “Amerikanın körfəzdə hərbi gücünü artırmasından sonra İran geri oturub”

2021.10.20, 07:36
Sentkomun komandanı: “Amerikanın körfəzdə hərbi gücünü artırmasından sonra İran geri oturub”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının (Sentkom-red.) başçısı, general Frank Makkenzi bildirib ki, Amerikanın körfəzdə öz hərbi qüdrətini artırmasından sonra İran geri oturmağa və daha dəqiq hesablamalar aparmağa qərar verib.

 

O, eyni zamanda əlavə edib ki, hələ ki, İranın ötən ay regionda ABŞ qüvvələrinin çoxalmasına səbəb olan Amerika qüvvələrinə qarşı planlaşdırdığı hücumlardan əl çəkdiyini demək tezdir.

 

Komandanın sözlərinə görə, ABŞ regionda hərbi qüdrətini artırmaqla bağlı planlarını hələ də agendadan çıxarmayıb.

 

Xatırladaq ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton mayın 5-də jurnalistlərə açıqlamasında Amerikanın İranın bölgədə apardığı təxribat xarakterli fəaliyyətinə qarşı  “USS Abraham Lincoln” gəmisinin və bombardımançı təyyarələrinin Yaxın Şərq bölgəsinə göndəriləcəyini bildirmişdi.

 

Bu qərardan 3 gün sonra İran rəsmiləri zənginləşdirilmiş uran və ağır suyun satışını dayandırmış, Avropaya 60 gün möhlət verərək, nüvə razılaşmasına əməl etməyəcəkləri təqdirdə, uranı istədikləri səviyyədə zənginləşdirəcəklərini bəyan etmişdilər.

 

Rəsmi Tehranın bu təhdidinə Amerika İran iqtisadiyyatının ən gəlirli sahələrindən olan mədən və metalurgiya sektoruna qarşı sanksiya tətbiq etməklə cavab vermişdi.

 

Bunun ardınca Birləşmiş Ərəb Əmirlikləri yaxınlığında yerləşən “Əl-Füceyrə” limanında 4 ticari gəmiyə qarşı edilən hücum regiondakı vəziyyəti daha da xaosa sürükləyib. Amerika, BƏƏ və Səudiyyə Ərəbistanı bu hücumun arxasında “Sepah” terror təşkilatının dayandığını bildirirlər.

 

Ə.A

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar