SON XƏBƏRLƏR

“BENGÜ TÜRK” Telekanalında güney azərbaycanlı siyasi məhbuslarla bağlı veriliş yayımlanacaq

2021.10.20, 07:36
“BENGÜ TÜRK” Telekanalında güney azərbaycanlı siyasi məhbuslarla bağlı veriliş yayımlanacaq

Gunaz.tv

GünAz TV: Türkiyənin ən baxımlı telekanallarından olan “BENGÜ TÜRK”də Güney Azərbaycan Milli Hərəkatı və milli-siyasi məhbuslara həsr olunmuş veriliş yayımlanacaq.

 

Veriliş iyunun 14-ü Ankara vaxtı ilə saat 16:00-da (Təbriz vaxtı ilə saat 17:30-da) başlayacaq. Proqramda güney azərbaycanlı milli fəal və GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi” sözçüsü Məhsa Mehdizadə (Mehdili) qonaq qismində iştirak edəcək.

 

M.Mehdizadə Güney Azərbaycan Milli Hərəkatı və siyasi məhbuslarla bağlı aparıcının suallarını cavablandıracaq.

 

Maraqlananlar verilişi məşhur kanaldan canlı olaraq izləyə bilərlər.

 

N.S

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar