SON XƏBƏRLƏR

İranda 3 qadın 55 il həbs cəzasına məhkum edilib- Məcrubi hicaba etiraz etdiklərinə görə

2021.10.20, 07:36
İranda 3 qadın 55 il həbs cəzasına məhkum edilib- Məcrubi hicaba etiraz etdiklərinə görə

Gunaz.tv

GünAz TV: Qərçək həbsxanasında məhkumluq həyatı saxlanılan Müjqan Keşavərz, Münirə Ərəbşahi və Yasəmən Aryani məcburi hicaba etiraz etdikləri üçün üst-üstə 55 il həbs cəzasına məhkum ediliblər.

 

Münirə Ərəbşahi və Yasəmən Aryaninin vəkili Əmir Rəisiyanın yerli media orqanlarından birinə dediklərinə əsasən, əgər məhkəmənin çıxardığı hökm qəti olsa, o zaman onlar ayrı-ayrılıqda 10 il məhkumluq həyatı yaşamağa məcbur olacaqlar.

 

Müjqan Keşavərzin vəkili Məhəmməd Moqimi ona qarşı çıxarılmış 15 illik həbs hökmünün qəti olmadığını və müvəkkilinin apelyasiya şikayəti verəcəyini deyib.

 

Yerli mətbuatın məlumatına görə, məhkəmə vəkillər olmadan, yalnız müttəhimlərin iştirakıyla keçirib.

 

Məhkəmə bu 3 xanıma qarşı “milli təhlükəsizlik əleyhinə toplaşma və çalışma”, “dövlət əleyhinə təbliğ” və “əxlaqsızlığa təşviq etmə” kimi ittihamlar irəli sürülüb. Müjqan Keşavərzə qarşı elan edilmiş ittihamlar içərisində “müqəddəsləri təhqir etmə” də nəzərə çarpır.

 

Vəkillər bildirirlər ki, xanımlar yalnız icrabi hicaba etiraz ediblər və onlara qarşı elan edilən digər ittihamlar əsassızdır. Eləcə də, istər ibtidai istintaq dövründə, istərsə də məhkəmədə vəkillərin fəaliyyətinə icazə verilməyib.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar