SON XƏBƏRLƏR

“Traxtur”-“Neft” görüşü bərabər hesabla sona çatıb

2021.10.20, 07:36
“Traxtur”-“Neft” görüşü bərabər hesabla sona çatıb

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, İranda ölkə klublarının 19-cu super liqa yarışları bu həftə start götürüb.

 

Yarışların birinci həftəsində Güney Azərbaycanın “Traxtur” futbol komandası “Məscid Süleyman” şəhərində Neft klubunun qonağı olub.

 

Cümə axşamı günü Təbriz vaxtı ilə saat 20:45-də Behnam Məhəmmədi stadionunda baş tutan görüşdə heç bir komanda tərəfindən qol vurulmayıb. Bununla da “Traxtur”-“Neft” oyunu 0:0 bərabər hesabla sona çatıb və Azərbaycan komandası 1 xal (imtiyaz) əldə edərək Təbrizə qayıdıb.

 

“Traxtur” klubu super liqa yarışlarının ikinci həftəsində Tehranın “Perspolis” komandasını öz meydançasında qəbul edəcək.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar