SON XƏBƏRLƏR

“Traxtur” “Saypa”nı şumladı

2021.10.20, 07:36
“Traxtur” “Saypa”nı şumladı

Gunaz.tv

GünAz TV: Tehranın “Pas-i Qəvvamin” stadionunda bu şəhərin “Saypa” komandası ilə Güney Azərbaycanın “Traxtur” komandası arasında keçirilən görüş bu dəqiqələrdə ev sahibinin məğlubiyyəti ilə yekunlaşdı.

 

“Traxtur” komandası İran üzrə futbol klublarının super liqa yarışlarının 5-ci həftəsində keçirilən görüşü 1:0 hesabı ilə başa vurub.

 

Azərbaycan komandasına qələbə qazandıran qol Kevin Fortune tərəfindən 10-cu dəqiqədə vurulub.

 

Bu qələbədən sonra Mustafa Dənizlinin yetirmələri 11 xalla müvəqqəti olaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

 

Tehranda keçirilən görüşdə “Traxtur” tərəfdarları “Saypa”nın azarkeşlərindən qat-qat çox olub.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar