SON XƏBƏRLƏR

İsrailli ekspertlər qrupu koronavirusla mübarizədə Azərbaycana kömək edəcək

2021.10.20, 07:36
İsrailli ekspertlər qrupu koronavirusla mübarizədə Azərbaycana kömək edəcək

Gunaz.tv

GünAz TV: İsrailli ekspertlər qrupu koronavirusla mübarizədə Azərbaycan Respublikasına kömək edəcək.

 

Bu barədə bir neçə gün öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva keçirdiyi mətbuat konfransında məlumat verib.

 

O bildirib ki, Heydər Əliyev Fondunun vasitəsilə sözügedən qrup Azərbaycana dəvət olunub. Onlar epidemiyanın ölkədə yayılmasının qarşısını almaq üçün Azərbaycana kömək edəcəklər.

 

Xanım Qarayeva həmçinin qeyd edib ki, azərbaycanlı mütəxəssislər Çin Xalq Respublikasının mütəxəssisləri, epidemoloq və infeksion xəstəliklər həkimləri ilə də telekonfrans yaradaraq, onlardan koronavirusla mübarizə sahəsində çox faydalı təcrübələrini öyrəniblər.

 

Xatırladaq ki, hazırda Azərbaycan Respublikasında 19 nəfərin koronavirusa yoluxdu bildirilir. Onlar əsasən İrana səfər etmiş vətəndaşlardır. Bu günə qədər 6 nəfər epidemiyadan tam sağalaraq evə buraxılıb. Virusa yoluxanlar arasında yalnız 1 ölüm faktı qeydə alınıb. Müalicə üçün İrana gedib qayıtması nəticəsində koronavirusa yoluxaraq ölən həmin 51 yaşlı qadının epidemiyadan savayı, çox ciddi digər sağlamlıq problemlərinin olduğu da deyilir.

 

Ə.A

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar