SON XƏBƏRLƏR

Savadkuhda qaya uçması nəticəsində 10 ev yerlə-yeksan olub

2021.10.20, 07:36
Savadkuhda qaya uçması nəticəsində 10 ev yerlə-yeksan olub

Gunaz.tv

GünAz TV: İranın Mazandaran əyalətinin Savadkuh rayonunun Pitsəra kəndində dağdan qopan qaya parçası 10 evi tamamilə dağıdıb.

 

Xəbərlərə əsasən, hadisə nəticəsində evlərdən başqa, 2 heyvandarlıq təsərrüfatı və 1 kiçik körpünün də dağılması ilə yanaşı, 4 avtomobilə ciddi ziyan dəyib.

 

Yerli rəsmilər bildirirlər ki, əvvəlcədən qayanın uçacağı ilə bağlı proqnozlar olduğundan, həmin 10 evin sakini əvvəlcədən digər bölgələrə köçürülübmüş. Buna görə də, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Hazırda isə kənddə qalan 14 evin sakinlərinin də müvəqqəti olaraq digər bölgələrə köçürülməsi planlaşdırılır.

 

Bununla belə, hadisə nəticəsində çoxlu sayda iri və xırda buynuzlu mal-qara tələf olub, eləcə də kənd işıqsız və susuz qalıb.

 

Ə.A

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar