O biri Azərbaycan da İranındır- Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək- Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) son günlər İranın nüvə proqramı məsələsində daha mülayim mövqe nümayiş etdirir.
Bakıda səfərdə olarkən bu məsələyə toxunan İran prezidenti Mahmud Əhmədinejad Qərbin haqsız mövqeyini yenidən tənqid edib. Əhmədinejad nüvə proqramından siyasi məqsədlər naminə istifadə edən dövlətlər sırasında ən çox ABŞ-ın və İsrailin adını hallandırıb. Bununla belə, son zamanlar Tehran Rusiyanın ünvanına da sərt ittihamlar səsləndirir. Elə Əhmədinecadın Bakıda rusiyalı həmkarı Dmitri Medvedevlə təkbətək görüşünün əsasında məhz bu məsələnin durduğu bildirilir. Xatırladaq ki, bir müddət öncə İran prezidenti bu ölkəyə S-300 sistemini satmaqdan imtina edən dövlətləri «şeytana satılanlar» adlandırmışdı. Mütəxəssislər onun hədəfinin Rusiya olduğunu bildirdilər. Çünki məhz rəsmi Moskva cənub dövlətinə raketdən müdafiə kompleksləri satmaqdan boyun qaçırmış və daha sonra yay aylarında İranın əleyhinə BMT Təhlükəsizlik Şurasında sanksiyaların qəbuluna səs vermişdi. Bu baxımdan Bakıdakı Medvedev-Əhmədinejad danışıqlarının dövlətlərarası münasibətlərdə əhəmiyyətli rol oynayacağı vurğulanır. Bununla belə, İran nüvə proqramı ilə bağlı siyasətini dəyişməyəcəyini bəyan edir. Əhmədinejad İrana qarşı qətnamə qəbul edən Avropa İttifaqından da narazıdır. Ustəlik o, Qərbin İranın onlardan asılı olduğu tezisini də rədd edir. İran prezidenti bu gün dünyada mövcud sistemi tənqid atəşinə tutaraq bədxah qüvvələrin bu sistemi öz maraqlarına uyğunlaşdırdığını bildirir. Məsələn, qeyd edir ki, Amerikada 53 qadına ölüm cəzası verilib, amma heç kim bunu ədalətsiz adlandırmır. İranda belə hökm çıxarılanda, insan haqlarının pozulması kimi qələmə verilir. 11 sentyabr hadisələrini isə ABŞ-ın əli ilə törədildiyini söyləyir. “11 sentyabr hadisəsində Amerika Birləşmiş Ştatları özü həm şikayətçidir, həm hakimdir, həm də icraçıdır. 11 sentyabr bəhanəsi regionu az qala iflic vəziyyətinə gətirib. Əfqanıstanın qanuni prezidenti deyir ki, sizin Əfqanıstanda əməliyyat aparmağınıza ehtiyac yoxdur, onlar deyirlər ki, özümüz bilərik. Müstəqil qrupun bu məsələni araşdırmasına ehtiyac var. 11 sentyabr hadisəsindən sonra regionda 1 milyona yaxın insan ölüb, 2 ölkə işğal olunub. Mən əminliklə bildirirəm ki, region xalqlarının ruhunun belə 11 sentyabr hadisəsindən xəbəri yoxdur.” - deyə Mahmud Əhmədinejad qeyd edib. İrandan fərqli olaraq Birləşmiş Ştatlar son günlər nüvə proqramı məsələsində daha mülayim mövqe nümayiş etdirir. ABŞ-ın Müdafiə naziri Robert Geytsin açıqlamaları belə düşünməyə əsas verir. Nazir deyir ki, İranın nüvə obyektlərinə raket zərbələrinin endirilməsi problemin həlli yolu deyil. Onun sözlərinə görə, İrana qarşı hərbi kampaniya bu ölkənin nüvə dövlətinə çevrilməsini yalnız gecikdirə bilər. Amerikada bu gün belə bir tezis səslənir ki, nüvə proqramı məsələsində İranın hakim dairələri arasında ciddi fikir ayrılıqları var. Bu mövqeyə Geytsin bəyanatında da rast gəlinir. Qeyd edək ki, dekabrın 5-də İranın «altılıq» ölkələri ilə növbəti danışıqları nəzərdə tutulur. Rəsmi Tehran danışıqlara hazır olduğunu deyir, ancaq bununla yanaşı Qərbin effektiv əməkdaşlıq məsələsində səmimi mövqedən çıxış edəcəyinə də inanmır. ABŞ-ın NATO-nun egidası altında Türkiyədə raketdən müdafiə sistemi yerləşdirmək səyləri isə cənub dövlətində ciddi narahatlıq yaradır. İranda ehtimal etmirlər ki, bu sistem tamamilə Birləşmiş Ştatların nəzarəti altına keçəcək, ancaq onun varlığı faktiki, Tehranı hədələmək üçün Qərb dövlətlərinə əlavə kart-blanş verə bilər. Pentaqon hələlik, hərbi modelə ehtiyacın olmadığını bəyan edir. Robert Geyts də hesab edir ki, problemi son imkana qədər diplomatik vasitələrlə həll etməyə çalışmaq lazımdır. Politoloqlar düşünürlər ki, «Böyük 20-lər»in Seul zirvə görüşü və NATO-nun Lissabon sammiti İranın nüvə proqramı məsələsinin həllinə də müəyyən təsir göstərəcək. Çünki son illər keçirilən bütün beynəlxalq tədbirlərdə bəşəriyyətin gələcəyi üçün təhdid kimi məhz İranın nüvə proqramı göstərilir. Avropa ölkələri ABŞ-ın müəyyən siyasi dairələrindən fərqli olaraq hərbi varianta dəstək vermir, çünki onların iqtisadi maraqları problemin diplomatik vasitələrlə həllini diqtə edir. Lakin Avropa dövlətlərinin məsələni birtərəfli qaydada, yəni «İranın Avropaya ehtiyacı var» formulu şəklində dəyərləndirməsi Əhmədinecadı qane etmir. Faktiki, Avropa İran siyasətində ABŞ-ın təzyiqlərini nəzərə alır. Lakin Rusiyanın Qərbə dəstək xarakterli son çağırışları avropalıları bu məsələdə daha nikbin olmağa həvəsləndirir. Bəzi ehtimallara görə, Rusiya prezidenti Dmitri Medvedevin Bakıda olarkən kənar qüvvələrin Xəzərin hüquqi statusunun müəyyənləşməsi prosesinə müdaxilə edə biləcəyi bəyanatı da məhz Tehrana nüvə məsələsində Avropanın və Rusiyanın mövqeyini qəbul etmək marağına xidmət edir.
“1-ci kanal”ın Analitik Qrupu
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır