O biri Azərbaycan da İranındır- Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək- Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
GünAzTv: Tətbiq olunan beynəlxalq sanksiyalar üzündən get-gedə daha ağır sosial-iqtisadi duruma düşən İranda iş adamlarının durumu da çətinləşməkdədir.
Belə vəziyyətdə iranlı iş adamları ya şirkətlərini, bizneslərini xaricə köçürməyə çalışır, ya da müxtəlif ölkələrdə yeni biznes qururlar. Son dövrlər isə iranlı iş adamlarının üz tutduğu məkanlar sırasında qonşu ölkələr, o cümlədən Azərbaycan xüsusi yer tutur. Azərbaycanla yanaşı, İran iş adamları son aylarda Türkiyəyə də böyük axın edir. Türkiyənin "Milliyət" qəzetinin yazdığına görə, iranlı investorların buraya yönəlməsinin ən əhəmiyyətli səbəbi İranın nüvə proqramı üzündən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının tətbiq etdiyi sanksiyalarla əlaqədardır. Qonşu ölkələrə üz tutan İran iş adamları isə ən müxtəlif sahələrə investisiya yatırır. Məlumatlara görə, bu məsələdə Tehran hakimiyyəti hər hansı problem yaratmır. Əksinə, iqtisadi sanksiyaların təsirini zəiflətmək üçün iş adamlarının müxtəlif ölkələrdə, o cümlədən qonşu dövlətlərdə fəaliyyətini genişləndirməsi üçün yardımçı da olur. Qeyd edək ki, son aylarda elə Tehran rəsmiləri özləri də qonşu dövlətlərə iqtisadi sferada münasibətlərin genişləndirilməsinə xüsusi önəm verir. Artıq danılmaz faktdır ki, İranın öz nüvə proqramına görə məruz qaldığı beynəlxalq sanksiyaların təsirini göstərməyə başladığı bir zamanda bu ölkənin rəhbərliyi Azərbaycan kimi qonşu ölkələrlə əlaqələrini yaxşılaşdırmaq məqsədilə müəyyən addımlar atmağa çalışır. İranın bu səylərinin nə dərəcədə real nəticə verəcəyi isə region ölkələrinin İranın belə bir addımını necə qarşılayacağından xeyli asılıdır. Ancaq o da aydın görünür ki, İran üzləşdiyi vəziyyətdən xilas olmaq üçün qonşu ölkələrlə işbirliyi səylərini artırır. Məsələyə münasibət bildirən siyasi ekspertlər isə bildirir ki, İran ətrafında beynəlxalq dairə indi xeyli qapanıb. Çünki BMT-nin sanksiyaları qüvvədədir. Bundan başqa, ABŞ, Avropa Birliyi ölkələri İrana qarşı təktərəfli iqtisadi sanksiyalar qəbul edib. Bundan başqa, İranla çalışan və İranda çalışan böyük Avropa şirkətləri, enerji şirkətləri İranla əməkdaşlıqdan imtina edir. Bunun nəticəsində İran iqtisadiyyatında vəziyyət son dərəcədə ağırlaşıb, inflyasiya yüksəlib və pul dəyərdən düşüb. Bundan çıxış yolunu iranlı rəsmilər münasibətlərini qonşu dövlətlərlə sıxlaşdırmaqda görür. Son vaxtlar iranlı rəsmilərin Azərbaycana, Ermənistana və Gürcüstana səfərlərinin artması da bununla izah olunur. Bundan başqa, həmin ölkələrin rəsmiləri də İrana dəvət edilir. İranın istəyi bundan ibarətdir ki, həmin ölkələrlə, o cümlədən də Azərbaycanla iqtisadi əlaqələri genişləndirsin, siyasi, hərbi sahələrdə müəyyən ortaq nöqtələr tapsın. Və bu istiqamətdə çalışmalarını sürətləndirsin ki, heç olmasa İran ətrafında yaranan bu dairəni, qismən də olsa, dağıda bilsin. İndi görünən odur ki, bu məsələdə İran öz iş adamlarının fəaliyyətindən də istifadə etməkdə israrlıdır. Bunun üçün isə konkret addımlar atır. Xatırladaq ki, bir müddət əvvəl məsələ ilə bağlı ABŞ-ın "The Washington Post" qəzeti maraqlı bir məlumat yaymışdı. Həmin məlumata görə, İran, Azərbaycan da daxil olmaqla, bir sıra müsəlman ölkələrində məxfi banklar quraraq beynəlxalq maliyyə sanksiyalarının təsirindən yayınmaq istəyir. Qəzet yazırdı ki, Tehran bu cür gizli bank fəaliyyətləri üçün saxta adlardan və sənədlərdən, qeyri-şəffaf və şübhəli kommersiya strukturlarından istifadə edir. Məlumatı qəzetə Amerika administrasiyasının yüksək rütbəli rəsmiləri vermişdi. Qəzet qeyd edirdi ki, ABŞ Maliyyə Nazirliyi İranın nüvə proqramlarına və terrorçuluğun maliyyələşdirilməsinə dəstək verən 16 bankının adını "qara siyahı"ya daxil edib. Onlar arasında filiallarından biri Bakıda olan "Bank Melli İran"da var. Yeri gəlmişkən bildirək ki, son dövrlərdə İran həqiqətən də Azərbaycanda bankçılıq sahəsində fəaliyyətini genişləndirməyə xüsusi maraq göstərir. Lakin Azərbaycanın İranla əməkdaşlığı nə dərəcədə dərinləşdirəcəyi hələ dəqiq bilinmir. O da faktdır ki, ABŞ da bu əməkdaşlığın genişləndirilməsinə maraqlı deyil. Xatırladaq ki, bir müddət əvvəl elə bu məqsədlə ABŞ maliyyə nazirinin terrorçuluq məsələləri və maliyyə kəşfiyyatı üzrə müavini Stüart Levi Azərbaycanda səfərdə olub. Hələlik isə ekspertlər qeyd edir ki, hazırda İranla Azərbaycan arasında siyasi, iqtisadi, hərbi əməkdaşlıq o səviyyədə deyil ki, Amerika bundan ciddi narahat olsun. Lakin İranın istəyi əsasında hərbi, siyasi və ya iqtisadi əməkdaşlıq genişlənərsə, bu, Azərbaycanla Qərb arasındakı münasibətlərə təsir edə bilər. Bunu Azərbaycan tərəfi də yaxşı başa düşür. Elə bu səbəbdən gözlənir ki, rəsmi Bakı İranla əməkdaşlığını özünün müəyyən etdiyi konkret çərçivədə və müstəvidə inkişaf etdirəcək. Bakı xəbər/ Tahir TAĞIYEV
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır