SON XƏBƏRLƏR

Putindən Sarkisyana sərt tələblər

2021.10.20, 07:36
Putindən Sarkisyana sərt tələblər

Gunaz.tv

GünAzTv: Məlumata görə, Rusiya baş Naziri Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyana ultimativ tonda 3 məsələ ilə bağlı tələb səsləndirib.

Milli.Az xəbər portalının məlumatına görə, bu haqda «Çorrord İşhanutyun» qəzeti öz mənbələrinə istinadən yazır. Məlumata görə, Putin Sarkisyana ultimativ tonda 3 məsələ ilə bağlı tələb səsləndirib: «Birinci tələb Rusiya ərazisində fəaliyyət göstərən cinayətkar qruplarla əlaqələrin kəsilməsidir. Putin bunu Rusiya üçün biabırçılıq sayır. İkincisi o, Sarkisyandan korrupsiya və bir sıra digər cinayətlərə qarışmış yüksək rütbəli məmurlarla oliqarxların məsuliyyətə cəlb olunmasını tələb edib. Nəhayət, Putinin üçüncü tələbi Sarksiyanın Dağlıq Qarabağ münaqişəsinin həll ilə bağlı mövqeyini tam aydınlaşdırmasıdır. Son tələbin içərisində Ermənistandan Türkiyə, ABŞ və Azərbaycanla Rusiyadan xəbərsiz aparılmış danışıqların məğzinin açıqlanması da var». Məlumata görə, Putin Sarkisyanın üçüncü tələbə əməl etməyəcəyi təqdirdə Yerevanın gizli danışıqlarının protokollarının açıqlanacağını bildirib. «Həmin protokollarda göstərilir ki, Ermənistan Azərbaycanla danışıqlarda ilk mərhələdə azərbaycanlı qaçqınların boşaldılmış torpaqlara qaytarılmasına razılıq verib. Üstəlik o, ikinci mərhələdə Dağlıq Qarabağın statusu müəyyənləşmədən Laçın və Şuşaya da qaçqınların dönməsi ilə razılaşıb», - deyə qəzet yazır: «Putin bunun Sarkisyana yalnız ilk sanksiya olacağını bildirib».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar